Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alındı

13:27 - 3 Noyabr 2021 - DÜNYA

Rusiyada ötən sutka koronavirusdan 1189 nəfər dünyasını dəyişib.

Bu, Rusiyada pandemiya dövründə koronavirusdan ölümlə bağlı maksimum göstəricidir. Bununla da ölkədə ölənlərin sayı 242 060 nəfərə çatıb.

Bununla yanaşı, son 24 saat ərzində 40 442 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya dövründə ümumilikdə 8 633 643 yoluxma halı aşkar olunub.

Xəbər xətti