PUA-ların qarşısını almağın yolunu tapdıq - Putindən ŞOK AÇIQLAMA

23:38 - 2 Noyabr 2021 - DÜNYA

Rusiya son illər konfliktlərdə özünü effektiv və təhlükəli silah kimi göstərən PUA-ların hücumunun qarşısını almağı öyrənə bilib.

Ucnoqta.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin müdafiə sahəsindəki iclasda deyib.
Putin bildirib ki, bu gün PUA aviasiyasının inkişafı müzakirə mövzusudur:

“Biz artıq yaxşı bilirik ki, son illər münaqişə bölgələrində PUA bizim üçün nə qədər effektiv və nə qədər təhlükəlidir. Biz bunu Suriyada – terrorçuların PUA-nın yardımı ilə hücumlarında müşahidə etdik. Biz bu hücumların qarşısını almağı öyrəndik və bunu kifayət qədər effektiv edirik”.

O, həmçinin qeyd edib ki, Rusiya ordusunun arsenalında hazırda 2 mindən çox PUA var. / Axar.az

Xəbər xətti