ABŞ Qida və Dərman Administrasiyası (FDA) 12-17 yaşlı yeniyetmələr üçün koronavirusa qarşı “Moderna” peyvəndinin qiymətləndirilməsini tamamlamaq üçün daha çox vaxta ehtiyacı olduğunu açıqlayıb.
ABŞ-ın əczaçılıq şirkətindən bildirilib.
Qeyd edilir ki, hazırda mənfi reaksiyaların riskləri qiymətləndirilir.
Xüsusilə, FDA bildirib ki, araşdırma 2022-ci ilin yanvarından tez tamamlana bilməz.
ABŞ biotexnoloji şirkəti açıqlayıb ki, FDA-nın peyvənddən sonra miokardit riski ilə bağlı son beynəlxalq təhlilləri qiymətləndirmək üçün daha çox vaxta ehtiyacı var- bu, ilk növbədə gənc kişilərə təsir edən nadir yan təsirdir.
“Moderna” iyun ayında 12-17 yaş arası yeniyetmələrin peyvənd olunması ilə əlaqədar ABŞ-da icazə almaq üçün müraciət edib.
Bu yaşdakı amerikalılar üçün indi anoloji- “Pfizer” COVID peyvəndi uyğundur (may ayında FDA və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri tərəfindən təsdiq edilib).///oxu.az