Atom elektrik stansiyasını ildırım vurdu, yanğın baş verdi – VİDEO

21:03 - 31 Oktyabr 2021 - DÜNYA

Türkiyədə inşası davam edən “Akkuyu” atom elektrik stansiyasına ildırım düşüb.

İnsident nəticəsində stansiyada yanğın baş verib. Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilib.

Yanğının tezliklə aradan qaldırıldığı qeyd olunub.

Meteoroloqlar inşaat işlərinin davam etdiyi Mersin bölgəsində əlverişsiz hava şəraitinin hələ bir müddət davam edəcəyini açıqlayıblar.///oxu.az

Xəbər xətti