“American Airlines” pis havaya görə mindən çox uçuşu ləğv edib

09:53 - 31 Oktyabr 2021 - DÜNYA

“American Airlines” pisləşən hava şəraiti səbəbindən cümə günündən bəri 1000-dən çox uçuşu ləğv edib.

Müvafiq məlumatlar təyyarələrin hərəkətini izləyən FlightAware portalında dərc edilib.

Qeyd olunub ki, aviaşirkət cümə günü 542, şənbə günü isə 485 reysi ləğv edib. Bundan başqa, bazar gününə planlaşdırılan 23 reys də həyata keçirilməyəcək.///report

Xəbər xətti