ÜST rəhbəri yeni təhlükəli virusun yaranacağını açıqladı

08:30 - 30 Oktyabr 2021 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb. Qebreyesus bu barədə Romada G20 maliyyə və səhiyyə nazirlərinin görüşündə deyib. ÜST rəhbəri bildirib ki, Yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun yaranması “bioloji baxımdan danılmazdır”. “Bu pandemiyaya son qoysaq belə, onun bizə öyrətdiyi dərslərdən nəticə çıxarmalı və növbəti pandemiyaya hazırlaşmalıyıq”, - ÜST rəhbəri vurğulayıb.///apa

Xəbər xətti