Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 17 sentyabr tarixindən ilk dəfə olaraq 800 ABŞ dollarından aşağı düşüb.
29 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti gün ərzində 14% azalaraq 795,8 dollar təşkil edib.