Müharibə haqqında yeni film

 İkinci Qarabağ müharibəsi, Vətən savaşındakı şanlı qələbəmizin ildönümü münasibətilə “Köhnə çamadanlar” adlı yeni ekran əsəri lentə alınır.

Ucnoqta.az xəbər verir ki, müharibə və qadınlar mövzusunun ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, təsvir rejissoru Şahmar Qəhrəmanov, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, prodüseri Tahir Əliyevdir. Layihənin rəhbəri  Pərvinə İsmayılovadır.

Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı insanlardır. Biz film vasitəsilə döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəyik.

Süjetdə əsas etibarilə bu qadınların həyatının müəyyən dövrünü əhatə edən epizodlar öz əksini tapır. Ekran işi Birinci və İkinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulub. Müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, müharibənin buraxdığı izlərlə mübarizəsi ön planda görünür.

Artıq əsas çəkilişləri başa çatan ekran işində peşəkar aktyorlarla yanaşı hər iki müharibənin canlı şahidləri - əlil və qaziləri, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alırlar.

Psixoloji dramda əsas rolları Respublikanın xalq artistləri Məmmədsəfa Qasımov, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Zemfira Əbdüsəmədova, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, Oksana Rəsulova, Zarina Qurbanova, Cavanşir Məhərrəmov, Namiq Ağayev,  Vüqar Hacıyev və başqaları ifa edirlər.

“Oyuq” teatr-studiyası yetirmələrinin də rol aldığı böyük heyətli filmin əsas kadrları Bakı, Astara, Lənkəran və Xızıda lentə alınıb.

Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "OYUN" inklüziv teatrının birgə layihəsidir.
İlin sonunadək filmin tamaşaçıların ixtiyarına veriləcəyi bildirilir.

Tarix
29 Oktyabr 2021 [14:58]
Müəllif
Üç nöqtə
2021-10-29 14:58:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin