Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi ilə bağlı yeni qərar verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov məlumat verib. O bildirib ki, uçot dərəcəsi 6,5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 7%-dən 8%-ə yüksəldilib.
Faiz dəhlizinin aşağı həddi 6% saxlanılıb.