İranın yanacaq sisteminə xarici dövlət hücum edib

00:52 - 28 Oktyabr 2021 - DÜNYA

İran İslam Respublikasının yanacaq sistemi xarici dövlətin hücumuna məruz qalıb.

Hücumda hansı dövlətin iştirakının olduğu açıqlanmayıb.

Hücum nəticəsində ölkədəki yanacaq doldurma məntəqələrində növbələr yaranıb.

Həmçinin əhalinin güzəştli qiymətə yanacaq almaq üçün istifadə etdiyi xüsusi kartların da çalışmadığı bildirilir. Problemin yaxın vaxtlarda aradan qaldırılması planlaşdırılır.///oxu.az

Xəbər xətti