Təyyarədə sərnişin stüardessanı dişlədi - VİDEO

Rusiyada təyyarədə qəribə hadisə baş verib. Belə ki, sərnişin stüardessanın çiynindən dişləyib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətində məlumat verilib.

Bildirilir ki, təyyarəyə mindikdən sonra 28 yaşlı qadın sərnişin özünü qeyri-adekvat aparmağa başlayıb. O, göstərilən yerdə oturmaq istəməyib və söyüş söyməyə başlayıb. Stüardessaların bu barədə iradına isə qadın belə qeyri-adi üsulla cavab verib.

Hadisə Anapa-Moskva reysində qeydə alınıb.

Bundan sonra qeyri-adekvat sərnişin uçuşdan kənarlaşdırılıb və onun barəsində Rusiya İnzibati Xətalar Məcəlləsinin “Xırda xuliqanlıq” və “Hava gəmisinin bortunda olan şəxslər tərəfindən hava gəmisi komandirinin qanuni göstərişlərinə əməl etməməsi” maddələri ilə inzibati protokol tərtib edilib.


​///oxu.az

Tarix
28 Oktyabr 2021 [00:33]
Müəllif
Üç nöqtə
2021-10-28 00:33:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin