Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

23:52 - 27 Oktyabr 2021 - DÜNYA

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 210 nəfər həyatını itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 355 947 nəfərdən test götürülüb, onların 26 896-nın testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 30 542 nəfəri sağalıb.

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,09%-nə bir doza, 78,01%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub

Xəbər xətti