“Barselona” yenə uduzdu

23:28 - 27 Oktyabr 2021 - İDMAN

Futbol üzrə İspaniya La Liqasında XI tura start verilib.

“Barselona” səfərdə “Rayo Valyekano”nun qonağı olub.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Radamel Falkao vurub.

Matçın 72-ci dəqiqəsində Memfis Depay penalti zərbəsindən yararlana bilməyib.

Bu nəticədən sonra xallarını 19-a çatdıran “Rayo Valyekano” 5-ci pilləyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla 9-cu sırada qalıb.///oxu.az

Xəbər xətti