Sabah Vətən müharibəsi şəhidinin anım günüdür

11:37 - 27 Oktyabr 2021 - Cəmiyyət

Aydın Bayramov Mətləb oğlu 1997-ci il  2 avqust tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub.

Ucnoqta.az xəbər verir ki, orta təhsilini Əmirvan kəndi Yadigar Vəliyev adına tam orta məktəbdə alıb. 2015-ci ildə hərbi xidmətə gedib, Qusar rayonundakı hərbi hissədə kəşfiyyatçı kimi xidməti başa vurub

2016-cı ildə Aprel döyüşlərində kəşfiyyatçı kimi iştirak edib.
Aydın Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ, Talış kəndi, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Aydın Bayramov oktyabrın 9-da Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub Qəbələ rayonu Əmirvan kənd qəbiristanlığında dəfn olunub.

Xəbər xətti