İmişlidə "VAZ 21015" "KamAZ"la toqquşub - 1 nəfər xəsarət alıb

21:00 - 26 Oktyabr 2021 - HADİSƏ

İmişlidə baş verən qəzada 21 yaşlı qadın kəllə-beyin travması alıb.

Ucnoqta.az xəbər verir ki, hadisə İmişli-Biləsuvar yolunda baş verib.
"VAZ 21015"  markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişin, İmişlinin Xəlifəli kənd sakini, 2000-ci ildə anadan olmuş Nurullayeva Gültəkin Namazəli qızı kəllə-beyin travması alıb. Yaralı  Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///lent.az

Xəbər xətti