Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Siyasət Əsgərovun baş məşqçi olduğu komanda IV turda Maltanı qəbul edib.
"ASK Arena"dakı qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolları 57-ci dəqiqədə Dorianne Teuma və 86-cı dəqiqədə Emma Şereb vurub. Azərbaycan millisinin heyətində isə 90-cı dəqiqədə Vüsalə Seyfəddinova fərqlənib.
4 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu - 6-cı pillədə qərarlaşıb. Malta isə 4 xalla dördüncüdür.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını noyabrın 25-də Bakıda Rusiya yığmasına qarşı keçirəcək.///report