Türkiyə bu ölkəyə uçuşları ləğv etdi

18:44 - 26 Oktyabr 2021 - DÜNYA

Türkiyə Hava Yolları Sudanın paytaxtı Xartuma uçuşları ləğv edib.

Bu barədə Türkiyə Hava Yolları mətbuat xidməti məlumat yayıb.

"Sudanda baş verən hadisələr səbəbindən İstanbul-Xartum-İstanbul uçuşları bu gün mümkün olmayacaq", - məlumatda bildirilir.

Qeyd edək ki, Sudanda baş nazirin həbsindən sonra qarşıdurmalar yaşanır.///axar.az

Xəbər xətti