Bakıda bir qrup qazi yolu bağladı - DİN-dən AÇIQLAMA

Bakıda bir qrup qazi yolu bağlamağa cəhd göstərib.

Ucnoqta.az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, bir qrup qazi hərəkətin qarşısını almağa cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir: “Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.

DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır: “Aidiyyəti qurumlar məlumatlandırılıb”.

Tarix
26 Oktyabr 2021 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-26 12:06:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin