"Pandemiya hələ bitməyib" - ÜST rəhbəri

ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusla mübarizədə səyləri azaltmamağa çağırıb.

Ucnoqta.az xəbər verir ki, qurumun 72-ci sessiyasında çıxış edən Baş direktor bildirib ki, hazırki vəziyyətdə arxayınlıq virus qədər təhlükəlidir.
“Pandemiya hələ bitməyib. Ölkələr hazırlıqlı olmalı, sayıqlığı bir an da olsa itirməməlidir. Pandemiya ilə mübarizə aparmaqla yanaşı ondan dərs çıxarmaq da lazımdır” - deyə Qebreyesus əlavə edib.

ÜST rəhbərinin fikrincə, pandemiya ilə mübarizə üçün maliyyə vəsaitləri azaldılmamalı, bütün fəaliyyətlər koordinasiyalı şəkildə həyata keçirməlidir. Bunun üçün də siyasi səviyyədə dəstəklənən yeni idarə mexanizmlərinin yaradılması zəruridir.///apa

Tarix
26 Oktyabr 2021 [09:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-26 09:25:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin