Rusiyada koronavirusdan daha 1069 nəfər öldü

14:34 - 25 Oktyabr 2021 - DÜNYA

Son sutkada Rusiyada koronavirusa 37.930 yoluxma faktı qeydə alınıb ki, bu da yeni rekorddur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Operativ Qərargahı açıqlama yayıb. Son sutkada koronovirusdan 1069 nəfər ölüb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxma sayında kəskin artımla bağlı oktyabrın 30-dan noyabrın 7-nə qədər tətil elan edilib.

Xəbər xətti