Çində universitetdə partlayış baş verib, ölənlər var

16:07 - 24 Oktyabr 2021 - DÜNYA

Çinin Nankin Aerokosmik Universitetinin laboratoriyasında partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Sina" informasiya mənbəyi məlumat yayıb.
Partlayış nəticəsində 2 nəfər ölüb, daha 9 insan yaralanıb.

Mütəxəssislər hadisənin səbəblərini araşdırır. Digər təfərrüatlar hələlik verilməyib.

Xəbər xətti