Sabah hava necə olacaq?- Proqnoz

Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsaəsn, oktyabrın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Tarix
23 Oktyabr 2021 [11:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-23 11:32:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin