Özü-özünü təmir edən telefon ekranı hazırlanıb

Alimlər milyonlarla insanın vaxtına və puluna qənaət edəcək polimer hazırlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tədqiqatçıların fikrincə, bu texnologiya sayəsində telefon ekranları öz-özünü təmir edəcək.

​Çatlamış və sınmış ekranlar bir çox istifadəçinin kabusudur. Kanadanın Konkordiya Universitetindən iki tədqiqatçı bu problemi həll edə biləcək bir üsul hazırlayıb. Tədqiqatçıların işlərinin nəticəsi olaraq özünü təmir edən bir telefon ekranı hazırlanıb. Telefondakı çatlar bir müddət sonra öz-özünə bağlanmağa başlayır. Bu o deməkdir ki, ekranın dəyişdirilməsi yaxın gələcəkdə tarix ola bilər.

Tədqiqat qrupundan Tvinkal Patel “Biz cızıqların otaq temperaturunda tamamilə təmir olunmasına diqqət yetirdik” deyib. İnkişaf etmiş polimer texnologiyasının gələcəkdə batareyaların ömrünü uzada biləcəyi fikri irəli sürülüb.

Tarix
22 Oktyabr 2021 [22:32]
Müəllif
Üç nöqtə
2021-10-22 22:32:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin