“Avroviziya” təmsilçilərimizdən olan Səmra Rəhimlinin ad günü olub.
Ad günündən olan görüntüləri sənətçi şəxsi “Instagram” səhifəsində paylaşıb.
Belə ki, S.Rəhimli özəl gününü ailə üzvlərini, yaxınlarını və dostlarını ətrafına toplayaraq paytaxt məkanlarından birində təmtəraqlı məclislə qeyd edib.
Gecənin ən diqqətçəkən məqamı isə Səmraya hədiyyə edilən lüks avtomobil olub.
Onun anası İlahə xanım qızının 27 yaşı tamam olması münasibətilə ona “Chevrolet Camaro” markalı bahalı avtomobil alıb.
Qeyd edək ki, gənc ifaçı Səmra Rəhimli Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci “Avroviziya” mahnı müsabiqəsində “Miracle” mahnısı ilə təmsil edib və 17-ci yeri tutub.///oxu.az