Rusiyada COVID-19-a rekord sayda yoluxma və ölüm halı qeydə alındı

12:40 - 21 Oktyabr 2021 - DÜNYA

Rusiyada son sutka ərzində daha 36 339 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 131 164 nəfərə çatıb.

Son sutka ərzində 1036 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 227 389 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

Xəbər xətti