Suriyada avtobusda PARTLAYIŞ: 14 hərbçi ölüb

21:31 - 20 Oktyabr 2021 - DÜNYA

Suriyanın Dəməşq şəhərində içərisində hərbçilər olan avtobus partladılıb.

APA SANA agentliyinə istinadən xəbər verir ki, partlayış avtobusun “Prezident Körpüsü” üzərindən keçərkən baş verib.

Hadisə nəticəsində 14 hərbçi ölüb. Mülki vətəndaşlar arasında qurbanlar haqqında məlumat verilməyib.

Şəhərin polis idarəsinin rəisi, briqada generalı Hüseyn Cumaanın “Al –Akbariya” telekanalına verdiyi açıqlamaya görə, əvvəlcədən körpüyə yerləşdirilən minalardan 2-si partlayıb.

Onun sözlərinə görə, 3-cü mina partlasaydı, ölüm sayı daha çox ola bilərdi.

Polis rəisi bu kimi partlayışları Suriyadakı xarici səfirliklərin fəaliyyətinin bərpasına və ərəb dövlətləri ilə əlaqələrin qurulmasına mane olmaq cəhdi kimi qiymətləndirib.

General bildirib ki, paytaxtda nəqliyyat fəaliyyəti bərpa edilib.

Xəbər xətti