70 yaşlı kişi iki azyaşlıya təcavüz etdi

20:19 - 20 Oktyabr 2021 - HADİSƏ

Türkiyənin Tekirdağ vilayətinin Muratlı qəsəbəsində iki 11 yaşlı qız uşağına təcavüz edən şəxs saxlanılıb.

Lent.az yerli mətbuata istinadən bildirir ki, azyaşlıların valideynlərinə verdikləri məlumat nəticəsində 70 yaşlı satıcı S.E. saxlanılıb.

Qızların yaxınları S.E.nin çalışdığı mağazanın şüşələrini qıraraq etirazlarını bildiriblər. Bundan əlavə, onlar sosial media hesablarından hadisə ilə bağlı paylaşım edərək, insanlardan məsələni gündəmdə saxlamağı xahiş ediblər.

Xəbər xətti