Bakı metrosunda qatarların hərəkəti ləngiyib

15:39 - 20 Oktyabr 2021 - Xəbər

“Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, "Neftçilər" stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalan yoluna verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma olub. Xəttə ehtiyat qatar buraxılıb.

Xəbər xətti