Fəxri adların verilməsi ilə bağlı narazılıqlara nazirlikdən reaksiya

Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd edilib ki, hazırda yaradıcı şəxslərə fəxri adların verilməsi ilə bağlı yeni qaydalar hazırlanır.
“Bununla əlaqədar Azərbaycan Prezidentinin 14 may 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnaməyə riayət olunması, namizədlərin təqdimatında obyektivliyin təmin olunması, namizədlərə layiq olduqları dəyərin verilməsi əsas sayılır”,- nazirlikdən bildirilib.

Qeyd edək ki, bəzi şəxslər Azərbaycanda fəxri adlarla təltif olunacaq mədəniyyət və incəsənət xadimlərinin siyahının obyektiv hazırlanmadığını iddia edirlər.

Tarix
20 Oktyabr 2021 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-20 13:51:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin