“Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər gələn il 20-40% artırılacaq” - Nazir müavini

“Hazırda 2022-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr gedir. Vacibdir ki, gələn il sosial artımlarla bağlı büdcədə müvafiq vəsaitlər ayrılsın və əhali qısa müddətdə bu artımlardan faydalana bilsin”.

Ucnoqta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
Nazir müavini deyib ki, Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 16 oktyabr 2021-ci il tarixli sərəncamına uyğun olaraq, əsasən minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur: “Artımlar 1,8 milyon nəfəri əhatə edəcək. Bu, çox vacibdir. Çünki 2019-2020-ci ildə sosial islahatlar aparılıb, iki mərhələdə artımlar olub. Pandemiya olduğu üçün 2020-ci ildə anti-pandemiya tədbirləri həyata keçirilib. Prezidentin tapşırığı ilə növbəti ildə geniş miqyaslı artımlar planlaşdırılır”.

Tarix
20 Oktyabr 2021 [11:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-20 11:24:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin