Operativ Qərargahdan vaksin olunanlarla bağlı MƏLUMAT - FOTO

16:51 - 19 Oktyabr 2021 - Cəmiyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 060 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 456 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 249 138 təşkil edir.


Xəbər xətti