Xoşqədəm Hidayətqızına bu telekanalda vəzifə verildi

16:41 - 19 Oktyabr 2021 - Xəbər

Xoşqədəm Hidayətqızı ARB telekanalında yaradıcılıq məsələləri üzrə müşavir təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Mail Əsgərov açıqlama verib.

Eyni zamanda tamaşaçıların səbrsizliklə gözlədiyi Xoşqədəm Hidayətqızının təqdimatında "Səni axtarıram” verilişi də tezliklə ARB-də yayımlanacaq.

"Televiziya məkanında 12 ilin ən reytinqli verilişi olan "Səni axtarıram” öz vaxtında, həftə içi 5 gün, saat 16:00- da fərqli üslubda tamaşaçılara təqdim olunacaq”, deyə Mail Əsgərov bildirib.


Xəbər xətti