“CinemaPlus” Qarabağ Dirçəliş Fondunun “Platinum” İanə sertifikatı ilə təltif edilib

13:35 - 19 Oktyabr 2021 - Cəmiyyət

 “CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda ekoloji tarazlığının bərpa olunması istiqamətində aparılan işlərə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən “Platinum” İanə sertifikatı ilə təltif olunub.

“Platinum” İanə Sertifikatı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “CinemaPlus”-un Müşahidə Şurasının sədri Zaur Darabzadəyə təqdim edilib.
“CinemaPlus” Qarabağ Dirçəliş Fonduna 10 milyon manat məbləğində vəsait köçürüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi müxtəlif sosial layihələri reallaşdırmağa davam edəcək.

Xəbər xətti