Ərdoğan maaşını 14 % artırır

14:13 - 19 Oktyabr 2021 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maaşını, təxminən, 14% və yaxud 12 min lirə (təxminən 1 300 ABŞ dolları) artırmağa qərar verib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, bununla bağlı təklif Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Parlament təklifi təsdiq etsə, Türkiyənin dövlət başçısı bundan sonra ayda 100 min lirə (təxminən, 10 750 dollar) əməkhaqqı alacaq.

Xəbər xətti