Toğanalı-Kəlbəcər yolu qardan təmizlənir - VİDEO

12:46 - 19 Oktyabr 2021 - Xəbər

Azərbaycanda son günlər havalar dəyişib, ölkə ərazisinə yağış, bəzi dağlıq yerlərə isə qar yağıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonuna da qar yağıb. Murovdağ silsiləsindən keçən Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) texnikası yolu qardan təmizləyir.

Qeyd edək ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 kilometr təşkil edir. Dövlət başçısının tapşırığına əsasən, avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Xəbər xətti