Elnur Əşrəfoğlu ilə bağlı üzücü xəbər - Vəziyyəti ağırlaşdı

11:42 - 19 Oktyabr 2021 - Xəbər

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəziyyəti daha da ağırlaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Modern.az-a onun həyat yoldaşı İlahə Şükürova bildirib.
İ.Şükürova səhər saatlarında həkimlərin bu barədə onları məlumatlandırdığını deyib:

“Zəng edib dedilər ki, irəliləyiş yoxdur, daha da pisləşib”.

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. Daxili orqanlarında qanaxma başladığı üçün oktyabrın 11-də cihazdan ayrılıb. Buna baxmayaraq, həkimlər xəstənin müxtəlif orqanlarında qanaxmanın dayanmadığını açıqlayıb.

Xəbər xətti