Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,248 mlrd. ABŞ dollar təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,3% çoxdur.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 1,938 mlrd. dollar, idxal isə 1,310 mlrd. dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 8,1% azalıb, idxal isə 15,9% artıb.
Nəticədə, 2021-ci ilin yanvar-sentyabr aylarında 628,564 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 35,7% azdır.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 4,161 mlrd. ABŞ dolları təşkil edib, bu da 2019-cu ilə müqayisədə 7,7% azdır.
Xatırladaq ki, Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 mlrd. dollara çatdırmaq niyyətindədir.