Ötən gün 5 nəfər xilas edilib - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib, 1 nəfər yanğın zamanı tüstüdən zəhərlənib. Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindəki bir-birinə bitişik ticarət obyektlərində baş vermiş yanğın Nazirliyin qüvvələrinin çevik müdaxiləsi sayəsində genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. Bundan əlavə, Bakı şəhərinin Sabunçu rayonunda 1969-cu il təvəllüdlü Orucov Mustafa Rəşad oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Tarix
16 Oktyabr 2021 [14:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-16 14:15:01
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin