Baş nazir Füzuli Hava Limanı ilə bağlı sərəncam imzalayıb

Füzuli Hava Limanına beynəlxalq status verilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Füzuli Hava Limanına bu Sərəncamın 1-ci hissəsi ilə beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tarix
16 Oktyabr 2021 [12:04]
Müəllif
Üç nöqtə
2021-10-16 12:04:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin