Masallıda oğurluq edən şəxs saxlanılıb - FOTO

Masallı rayonunun Ətcələr kəndində yerləşən yaşayış evlərindən birindən 1000 manat, 100 ABŞ dolları, qızıl üzük, 2 ədəd təqaüd kartı və müxtəlif sənədlərin oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş F.Həbibov saxlanılıb. F.Həbibovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, həmin şəxsin 2 mağazadan gecə saatlarında ümumlikdə 275 manat nağd pul və əlavə olaraq tütün məmulatları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Tarix
16 Oktyabr 2021 [10:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-10-16 10:40:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin