Tbilisidə Respublika meydanından Azadlıq meydanına qədər olan avtomobil yolu bağlanıb.
Azadlıq meydanı yaxınlığında polis qüvvələri və xüsusi təyinatlılar səfərbər olunub.
“Report” xəbər verir ki, bu barədə şəhər meriyasından bildirilib.
Məlumata əsasən, Azadlıq meydanında bu gün keçiriləcək aksiya ilə bağlı Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Sərnişin avtobuslarının hərəkət marşrutu da müvəqqəti dəyişdirilib.
Qeyd edək ki, bu gün saat 18:00-da Azadlıq meydanında Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin azad edilməsi tələbi ilə mitinq keçiriləcək.