Bakıda 6 müəssisədə pozuntular aşkarlandı

Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, ötən gün ölkə üzrə 399 ictimai iaşə obyektində 687 monitorinq keçirilib. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, S. Axundov küç., ev 6 ünvanında yerləşən, fiziki şəxs Quliyev Vəli Əlif oğluna məxsus “Zümrüd” kafesi;

2. Bakı şəhəri, Nəsimi ‎‎rayonu, Cavad Xan küç., ev 700m ünvanında yerləşən, fiziki şəxs Osmanov İntiqam Nəcəf oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail ‎‎rayonu, Salyan şosesi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Kiliç Mehriban Cahan qızına məxsus restoran;

4. Bakı şəhəri, Sabunçu ‎‎rayonu, Xasməmmədov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Köçəriyeva Mehriban Rüstəm qızına məxsus “Sultan” pub;

5. Bakı şəhəri, Xətai ‎‎rayonu, 8 Noyabr prospekti 15 ünvanında yerləşən, hüquqi şəxs "Green Uzman Service" MMC-yə məxsus restoran;

6. Bakı şəhəri, Xətai ‎‎rayonu, Cəlilov küçəsi 26 ünvanında yerləşən, hüquqi şəxs "East Taun" MMC-yə məxsus restoran.

Tarix
13 Oktyabr 2021 [18:20]
Müəllif
Üç nöqtə
2021-10-13 18:20:29
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin