DYP qanunsuz daşımalarla bağlı hərəkətə keçdi

Qeyri-qanuni daşımalara qarşı tədbirlərə başlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (DYP) məlumat yayıb.
Bildirilib ki, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Yol Polisi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə tədbirlərə başlayıb.

Qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Müəyyən edilmiş qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.

Tarix
13 Oktyabr 2021 [18:08]
Müəllif
Üç nöqtə
2021-10-13 18:08:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin