İran regionda sabitliyi bir çox cəhətdən pozan qüvvədir - ABŞ Dövlət Departamenti

14:08 - 13 Oktyabr 2021 - DÜNYA

İran regionda sabitliyi bir çox cəhətdən pozan qüvvədir.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı İranın Azərbaycana qarşı bəyanatları barədə sualı cavablandırarkən deyib.

O bildirib ki, ABŞ-ın İranın regional fəaliyyəti ilə bağlı mövqeyi dəyişməz qalır:

"Biz bu məsələdə çox açıq şəkildə mövqeyimizi bildirmişik və bu mövqedə qalırıq. İran regionda sabitliyi bir çox cəhətdən pozan subyektdir".

Xəbər xətti