"İnsanlara gecə yatarkən belə peyvənd vurun" - Filippin prezidenti

18:36 - 12 Oktyabr 2021 - DÜNYA

Filippin Prezidenti COVID-19 əleyhinə peyvənd vurdurmayan şəxslərin gecə  yatarkən belə  vaksin vurulmasını tələb edib. 

Rodriqo Duterte bu  barədə jurnalistlərə açıqlamasında deyib.  O,  ölkədə gedən vaksinasiya prosesinin zəif  olduğunu dilə gətirib.

"Hələ də peyvənddən şübhəli olan insanlar var. Vaksindən qaçan insanları  tövlələrində (evlərində) tapacağıq. Və gecə  yatarkən belə  onlara koronavirus əleyhinə  vaksin vurduracağıq".

Rəsmi məlumatlara görə, Filippində 23,1 milyon insan koronavirusa qarşı tam peyvənd edilib.///unikal.org

Xəbər xətti