100 rublluq yeni əskinas dövriyyəyə buraxılacaq

20:41 - 11 Oktyabr 2021 - DÜNYA

Rusiya Mərkəzi Bankı, yeni 100 rublluq əskinasın 2022-ci ilin sonunda dövriyyəyə buraxılacağını gözləyir. 

Bu barədə "İzvestiya" qəzetinə müsahibəsində Rusiya Mərkəzi Bankı sədrinin müavini Mixail Alekseev məlumat verib.
"Kredit təşkilatlarının bu yeni əskinas üçün hesablama və çeşidləmə maşınlarını, özünə xidmət cihazlarını, bankomatlarını qurması vaxt tələb edir. Buna görə də onları stokda saxlayacağıq, ancaq sınaq üçün əvvəlcə kredit təşkilatları arasında paylayacağıq. Ehtimal ki, 2022 -ci ilin sonuna yaxın yeni əskinas dövriyyədə olacaq", - Mixail Alekseev deyib.

Rəng baxımından yeni əskinas indiki 100 rubla bənzəyəcək, lakin fərqli bir kölgə seçiləcək, əskinasın ölçüsü dəyişdirilməyəcək. Mərkəzi Bank, modernləşdirilmiş əskinasın konseptual eskizində Moskvanın Qırmızı Meydanının, Zaryadye Parkı, Şuxov Qülləsi, Vorobyovy Qorydəki Moskva Dövlət Universitetinin binası və digər simvolların da olduğunu açıqlayıb. Banknotun arxa tərəfində Mərkəzi Federal Dairənin görməli yerləri əks olunacaq.///marja

Xəbər xətti