İran Azərbaycan sərhədinə yeni qüvvələr gətirdi
00:39 - 10 Oktyabr 2021 - DÜNYA
İran Azərbaycanla sərhədə yeni qüvvələr və hərbi texnika göndərib. Bunu İranın Nizam Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştəri deyir.
Əslində təlimlər bu ad altında hərbi qüvvələrin sərhədə dislokasiya olunması məqsədi daşıyırdı; təlim üçün sərhədə gətirilən texnika və qüvvələrin geri çəkildiyinə dair məlumatlar da yoxdur.
İndi bölgəyə yeni qüvvələri cəlb etməklə sərhəddə hərbi varlığı artırırlar.