Azərbaycan neftinin qiyməti bahalaşıb
12:19 - 8 Oktyabr 2021 - İQTİSADİYYAT
Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,64 dollar artaraq 83,81 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.