İsraildə 15 milyon dollarlıq silah oğurlanıb

23:39 - 6 Oktyabr 2021 - DÜNYA

İsrail ordusunun hərbi bazalarından 15 milyon dollarlıq silah-sursat oğurlanıb.
Bu barədə İsrailin “Haaretz” qəzeti yazıb.

Məlumata görə, 2013-2020-ci illər arasında bazalardan yüzlərlə silah, 50-yə yaxın raket qurğusu və bir çox digər silah növü yoxa çıxıb.
​​​​​​​İsrail ordusu oğurlanmış silahların hesabını verə bilmədiyi üçün yoxa çıxan siahların daha çox olacağı gözlənilir.///modern.az

Xəbər xətti