Saakaşvilinin həyat yoldaşı Gürcüstana gedib

18:06 - 5 Oktyabr 2021 - DÜNYA

Ukrayna Ali Radasının deputatı, Mixeil Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko Tbilisiyə gəlib.

“Report”un yerli bürosu xəbər verir ki, o, hazırda həyat yoldaşı ilə görüşmək üçün onun saxlanıldığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindədir.

Y.Yaskonu Ukraynanın Gürcüstandakı konsulluğunun nümayəndələri müşayiət edirlər.

Xəbər xətti